...

“Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraz “İlin Otel Meneceri” mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2016 14:44
“Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraz Azərbaycanda turizmin inkişafına verdiyi töhfəyə görə “Business Time” jurnalının təsis etdiyi “Azeri Business Award” Milli mükafatının “İlin Otel Meneceri” nominasiyasına layiq görülüb.
“Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri  Turhan Poyraz “İlin Otel Meneceri” mükafatına layiq görülüb

Trend-i buradan izləyin

Bakı. Trend:

"Excelsior Hotel & Spa Baku" otelinin baş meneceri Turhan Poyraz Azərbaycanda turizmin inkişafına verdiyi töhfəyə görə "Business Time" jurnalının təsis etdiyi "Azeri Business Award" Milli mükafatının "İlin Otel Meneceri" nominasiyasına layiq görülüb.

Təqdimat mərasimində "Azeri Business Award" Milli mükafatınını qəbul edən Turhan Poyraz bu etimada görə mükafat təsisçilərinə minnətdarlığını bildirib: "Belə önəmli bir nominasiyada "Business Time" jurnalı məni birinci yerə layiq gördüyünə görə minnətdaram və jurnalın redaksiya heyətinə çox təşəkkür edirəm. Bu, Azərbaycan kimi turizm və otelçilikdə inkişaf edən ölkədə çox dəyərli bir qiymətləndirmədir. Mənim ilin ən yaxşı otel meneceri seçilməyim fəaliyyətimə göstərilən etimaddan irəli gəlir".

"Azeri Business Award" mükafatı milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılara təqdim olunur və qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin biznesinin inkişaf tempi götürülür. Mükafatın təqdimetmə mərasimi 5 fevral 2016-cı il tarixində keçirilib.

"Excelsior Hotel & Spa Baku"oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti