...

"Bank of Azerbaijan"ın əmanətçilərinə 18,1 mln, "Gəncəbank"ın əmanətçilərinə isə 317 min manatdan çox kompensasiya ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2016 19:42 (UTC +04:00)

Bakı. Trend:

Seçilmiş agent banklar tərəfindən "Bank of Azerbaijan" ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərinə 18,1 milyon manatdan artıq kompensasiya ödənilib.

Trend Əmanətlərin Sığortalanması Fonduna istinadən məlumat verir ki, sığorta hadisəsi baş vermiş "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə isə 317 min manatdan artıq kompensasiya ödənilib.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti