...

"Bank of Azerbaijan" və "Gəncəbank" əmanətçilərinə kompensasiya ödənişi davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2016 19:38 (UTC +04:00)

Bakı. Trend:

Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin və "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi davam edir.

Əmanətlərin Sığortalanması Fondundan Trend-ə verilən məlumata görə, "Bank of Azerbaijan" ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərinə seçilmiş agent banklar tərəfindən 18,9 milyon manatdan artıq kompensasiya ödənilib.

Həmçinin "Gəncəbank" ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərinə 344 min manatdan artıq kompensasiya ödənilib.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti