...

Nazirlik: Fransa istehsalı olan "Kurzat" preparatlarının saxtalaşdırıldığı müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2016 12:41 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən aparılan araşdırmalar zamanı Bərdə şəhəri, H. Əliyev prospektində yerləşən və Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən bitki mühafizəsi üçün pestisidlərin satış mağazalarında Fransa istehsalı olan “Kurzat” adı altında preparatların satıldığı aşkar edilib.
Nazirlik: Fransa istehsalı olan "Kurzat" preparatlarının saxtalaşdırıldığı müəyyən edilib

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən aparılan araşdırmalar zamanı Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən və Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən bitki mühafizəsi üçün pestisidlərin satış mağazalarında Fransa istehsalı olan "Kurzat" adı altında preparatların satıldığı aşkar edilib.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən məlumat verilib.

Bununla əlaqədar hər iki mağazada "Kurzat" preparatı adı ilə satılan mallardan nümunə götürülərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin Pestisdlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinin təyini laboratoriyasında yoxlanılıb.

Laboratoriya analizinin nəticələrinə əsasən mağazadan götürülən "Kurzat" preparatında təsiredici maddənin (misxloroksid) miqdarı normadan aşağı olduğu, yəni saxtalaşdırıldığı müəyyən edilib.

Qeyd olunan hallar üzrə fitosanitar qanunvericiliyin tələblərinin pozulması ilə bağlı toplanmış ilkin materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti