...

"Fairmont Baku" "Ən lüks biznes hotel" mükafatına layiq görüldü

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2016 15:20 (UTC +04:00)
"Fairmont Baku" hoteli Türkiyənin İstanbul şəhərində "World Tourism Forum Awards 2016" tərəfindən təşkil olunan tədbirdə “Ən lüks biznes hotel” mükafatına layiq görülüb.
"Fairmont Baku" "Ən lüks biznes hotel" mükafatına layiq görüldü

Bakı. Trend:

"Fairmont Baku" hoteli Türkiyənin İstanbul şəhərində "World Tourism Forum Awards 2016" tərəfindən təşkil olunan tədbirdə "Ən lüks biznes hotel" mükafatına layiq görülüb.

Bu münasibətlə hotelin baş meneceri Paskal Lepru qeyd edib: "Biz qonaqları yüksək səviyyəli biznes məkanı və mükəmməl xidmətlə təmin edən hotel olaraq, bütün dünyada tanınmış turizm təşkilatı olan "World Tourism Forum Awards" tərəfindən qiymətləndirildiyimizə görə qürur hissi keçiririk".

"Fairmont Baku" hoteli qonaqlara geniş sayda biznes xidmətləri təklif edir ki, bu da öz növbəsində, hoteli irimiqyaslı tədbirlər və işgüzar görüşlər üçün ölkənin ən tanınmış məkanlarından birinə çevirir. Dəbdəbəli şəkildə təchiz olunmuş 318 qonaq otağı, lüks otaqlar, xidmət göstərilən mənzillər hər bir işgüzar səfəri ən mükəmməl şəkildə tamamlayır.

"World Tourism Forum" təşkilatı dünya turizm sənayesinin sosial-iqtisadi, mədəni və texnoloji aspektlərini müzakirə etmək üçün platforma yaratmaqla dünya turizm sənayesinin bütün maraqlı tərəflərinə dəyər qatmaq məqsədilə yaradılıb. Bu qurum gələcək strategiya, yenilikləri və həlləri müəyyənləşdirmək üçün turizm sənayesi liderlərini və turizm sahəsinin digər maraqlı tərəflərini birləşdirən körpü rolunu oynayır.

"Fairmont Baku" hoteli 2014-cü ildə "Travel and Leisure IT list" siyahısına "Növbəti nəsil biznes hotel" olaraq daxil olub. Həmin ildə "Fairmont Baku" "World Luxury Hotel Awards" təşkilatı tərəfindən "Ən lüks hotel" olaraq tanınıb. 2015-ci ildə isə "Fairmont Baku" "Lux Hotel and Spa Awards" tərəfindən "Ən lüks hotel" mükafatına layiq görülüb.

"Fairmont Baku" haqqında qısa arayış:

Azərbaycanın gözəl paytaxtı Bakı şəhərinin ən yüksək nöqtələrinin birində müasir dövrün ən qeyri-adi və heyranedici tikinti komplekslərindən biri məskunlaşır. "Alov Qüllələri" kimi tanınmış bu kompleksin alov forması və mahiyyətinə uyğun işlənmiş üç qülləsi bu tarixi "Odlar Yurdu"nun çox gözəl bir rəmzini, simvolunu təşkil edir.

"Fairmont Baku" hoteli "HOK International" şirkətinin layihələndirdirdiyi bu multifunksional kompleksin ən şimal qülləsində yerləşərək, 318 otaq, lüks otaqlar və yaşayış mənzillərini, ümumi sahəsi 2.300 kvadratmetrdən (25.000 kv.futdan) artıq olan konfrans zallarını, ESPA mərkəzini və bir neçə restoran, bar və kafeləri, o cümlədən əsl İtalyan Bistro-sunu və steyk-hausu təklif edir. Azərbaycanda ən hündür bina olmaqla, "Alov Qüllələri" kompleksi çox gözəl bir sahədə yerləşməklə yanaşı - Milli Məclisin binası və İçərişəhərin yaxınlığında - Xəzər dənizinə açılan mükəmməl bir panoramaya malikdir.

"Fairmont Hotels & Resorts" Qrupu haqqında qısa arayış:

"Fairmont Hotels & Resorts" qrupuna Şanxaydakı "Fairmont Peace Hotel", Nyu-Yorkdakı "The Plaza" hoteli və Səudiyyə Ərəbistanı Krallığındakı "Makkah Clock Royal Tower" kimi hotellər daxil olmaqla dünyanın müxtəlif yerlərindən olan 60-dan çox təmtaraqlı məkan daxildir. Brendin özünəməxsusluğu ilə seçilən hotellər irsi ənənələrlə müasirlik, mehriban, xoşniyyətli xidmət və yerləşdikləri ölkənin mədəniyyətinə qovuşmaq imkanlarının bir arada cəmləşməsi ilə səciyyələnir. Hətta ictimai və ətraf mühitin qorunması fəaliyyətində aparıcı mövqe tutmaqla yanaşı, "Fairmont", həmçinin turizmə məsul yanaşmasına və müxtəlif mükafatlara layiq görülmüş "Yaşıl Əməkdaşlıq" proqramına görə ümumdünya şöhrətini qazanıb. "Fairmont" şirkəti "Fairmont", "Raffles" və "Swissotel" brendləri altında 100-dən çox hoteli olan dünyanın aparıcı hotel şirkətlərindən biri olan "FRHI Holdings Limited" şirkətinə məxsusdur. Bu şirkət, həmçinin "Fairmont", "Raffles" və "Swissotel" brendləri altında təmtəraqlı özəl yaşayış klublarını, tam mülkiyyət yaşayış evlərini və xidmət olunan yaşayış obyektlərini idarə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti