...

"Gəncəbank" müflis elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2016 12:07 (UTC +04:00)
Bankın kreditorları 60 gün ərzində tələblərini "Gəncəbank"ın ləğvedicisinə təqdim etməlidirlər.
"Gəncəbank" müflis elan edilib

Bakı. Ənvər Məmmədov - Trend:

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2016-cı il tarixli qərarı ilə "Gəncəbank" ASC-nin müflis elan edilməsi, iflas proseduruna başlanılması və "Azerbaijan International Consulting Company" MMC-nin ləğvedici təyin edilməsi qərara alınıb. Bu barədə Trend "Xalq qəzeti"nə istinadən məlumat verir.

Bankın kreditorları 60 gün ərzində tələblərini "Gəncəbank"ın ləğvedicisinə təqdim etməlidirlər.

"Gəncəbank" 1994-cü ildən fəaliyyət göstərirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti