...

Ruhani: İran və Azərbaycan azad iqtisadi zonalara birgə sərmayə yatıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2016 15:32
İran və Azərbaycan azad iqtisadi zonalara birgə investisiya qoymaq imkanlarını müzakirə ediblər.
Ruhani: İran və Azərbaycan azad iqtisadi zonalara birgə sərmayə yatıracaq

Trend-i buradan izləyin

Tehran. Mehdi Sepahvənd - Trend:

İran və Azərbaycan azad iqtisadi zonalara birgə investisiya qoymaq imkanlarını müzakirə ediblər. Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Tehranda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib.

H.Ruhani qeyd edib ki, tərəflər bank, sığorta və birgə investisiya qoyma sahələrində, o cümlədən İranın "Araz", "Ənzəli" və "Maku" azad iqtisadi zonalarına investisiya yatırmaq üzrə gələcək əməkdaşlığı müzakirə ediblər: "Enerji əməkdaşlığına gəlincə, neft və qaz məsələləri, elektrik enerjisinin mübadiləsi, eləcə də Xəzərdə karbohidrogenlərin birgə hasilatı üzrə konstruktiv danışıqlar apardıq".

İran Prezidenti bildirib ki, tərəflər iqtisadi və siyasi məsələlərlə yanaşı, mədəniyyət və turizm, dəniz daşımalarının və aviasiyanın inkişafını da müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti