...

"Excelsior Hotel & Spa Baku" oteli mətbuatda işıqlandırmada I yerə çıxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2016 15:00 (UTC +04:00)
"Excelsior Hotel & Spa Baku" oteli mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb.
"Excelsior Hotel & Spa Baku" oteli mətbuatda işıqlandırmada I yerə çıxıb

Bakı. Trend:

"Excelsior Hotel & Spa Baku" oteli mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb.

"Media Consulting & Services" şirkəti 2016-cı ilin fevral ayında mətbuatda ən çox xatırlanan otellərin adlarını açıqlayıb. Şirkətin apardığı araşdırmalara əsasən, "Excelsior Hotel & Spa Baku" oteli fevral ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb.

Fevral ayında "Excelsior Hotel & Spa Baku" otelinin fəaliyyəti ilə bağlı mətbuatda 164 məlumat işıqlanıb. Media monitorinq 10 televiziya, 35 çap və 170 online media daxil olmaqla 215-dən çox mənbədə işıqlanan məlumatlar say, xarakter və məzmun üzrə təhlil edilərək, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

"AtaHolding" ASC Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova bildirib ki, əldə etdiyimiz uğuru ictimaiyyətlə və müştərilərlə düzgün qurduğumuz işin nəticəsi kimi qiymətləndirirəm. Biz "Excelsior Hotel & Spa Baku" otelinin fəaliyyəti, xidmətləri və yenilikləri haqqında məlumatların ictimaiyyətə açıqlanmasına böyük önəm veririk.

"Excelsior Hotel & Spa Baku"oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti