...

Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2016 14:38 (UTC +04:00)
Martın 15-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair treninq keçirilib.
Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair treninq keçirilib

Bakı. Trend:

Martın 15-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair treninq keçirilib.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Müşahidə Şurası" mövzusunda təşkil edilmiş tədbirdə müvafiq dövlət qurumlarının və 30-a yaxın sənaye müəssisəsinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə Müşahidə Şurasının səlahiyyətləri, strukturu və komitələri, həmçinin Şura üzvlərinin hüquq və vəzifələri barədə məlumat vermiş, Şuranın tərkibində fəaliyyət göstərən müstəqil direktorların hüquqi statusu və onların Şuranın fəaliyyətində rolunu diqqətə çatdırıb.

Təlimdə Müşahidə Şurası institutunun yaradılmasında mövcud beynəlxalq təcrübəyə dair fikir mübadiləsi aparılmış, təlim iştirakçılarının sualları cavablandırılıb.

Ümumilikdə, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı Nazirlik tərəfindən 8 mövzu üzrə treninqlərin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti