...

Neft istehsalçıları apreldə Qətərdə görüşəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2016 14:09 (UTC +04:00)
OPEK üzvlərinin və digər neft hasil edən ölkələrin görüşü aprelin 17-də Qatarda baş tutacaq.
Neft istehsalçıları apreldə Qətərdə görüşəcək

Bakı. Elçin Hüseynov - Trend:

OPEK üzvlərinin və digər neft hasil edən ölkələrin görüşü aprelin 17-də Qətərda baş tutacaq. Trend Reuters-ə istinadən xəbər verir ki, bu barədə Qətərin energetika naziri Məhəmməd Saleh as-Sad bildirib.

Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela fevralın 16-da Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da həmin təşəbbüsə qoşulmalıdırlar. Görüş Rusiyada və ya Qətərdə planlaşdırılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti