Bakı. Ənvər Məmmədov - Trend:
Turanbank Açıq Səhmdar Cəmiyyətində (ASC) kadr dəyişikliyi baş verib. Asif Abbasov Bank təhlükəsizliyi departamentinin direktoru vəzifəsini tərk edib.
Trend xəbər verir ki, bu barədə bankın rəsmi saytında məlumat verilib.
2015-ci ilin 31 dekabr vəziyyətinə görə, Turanbankın aktivləri 2014-cü illə müqayisədə 63 faiz artaraq 536,2 milyon manat təşkil edir.
Bankın nizamnamə kapitalı 50 milyon manat təşkil edib, 2014-cü illə müqayisədə 6,4 faiz artaraq bankın məcmu kapitalı 53,2 milyon manata çatıb.