...

Dövlət əmlakının idarə olunmasının daha da təkmilləşdirilməsi ilə bağlı yeni təklif

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2016 10:21 (UTC +04:00)
Azərbaycanda dövlət müəssisə və təşkilatları, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələr tərəfindən xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəricilərinə uyğun olan aktivlərinin bu və ya digər səbəblərdən təqdim edilməsi (satılması) üzrə əməliyyatların da Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla həyata keçirilməsinin qanunvericilik aktlarında nəzərdə tutulması təklif edilib
Dövlət əmlakının idarə olunmasının daha da təkmilləşdirilməsi ilə bağlı yeni təklif

Bakı. Samir Əli - Trend:

Azərbaycanda dövlət müəssisə və təşkilatları, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələr tərəfindən xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəricilərinə uyğun olan aktivlərinin bu və ya digər səbəblərdən təqdim edilməsi (satılması) üzrə əməliyyatların da Nazirlər Kabineti ilə razılaşdırılmaqla həyata keçirilməsinin qanunvericilik aktlarında nəzərdə tutulması təklif edilib.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatası tərəfindən 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmiş təkliflərdə əks olunub.

Təkliflərdə qeyd edilir ki, Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar"ın 2.11-ci maddəsinə əsasən xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) silinməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən rəyin verilməsi Nazirlər Kabineti ilə razılaşdırılmaqla həyata keçirilir.

Dövlət əmlakının idarə olunmasının daha da təkmilləşdirilməsi, o cümlədən xüsusi əhəmiyyətli əsas vəsaitlərin üzərində dövlət nəzarətinin daha da gücləndirilməsi məqsədilə dövlət müəssisə və təşkilatları, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələr tərəfindən xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəricilərinə uyğun olan aktivlərinin bu və ya digər səbəblərdən təqdim edilməsi (satılması) üzrə əməliyyatların da Nazirlər Kabineti ilə razılaşdırılmaqla həyata keçirilməsinin qanunvericilik aktlarında nəzərdə tutulması təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti