...

Şəkidə gənclər üçün treninqlər başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2016 21:12 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında gənclər üçün aprelin 20-də başlamış treninqlər mayın 4-də başa çatıb.
Şəkidə gənclər üçün treninqlər başa çatıb

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında gənclər üçün aprelin 20-də başlamış treninqlər mayın 4-də başa çatıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, treninqlərdə biznesin planlaşdırılması və idarə edilməsi, biznes mühiti, insan resurslarından səmərəli istifadə və s. barədə iştirakçılara geniş məlumat verilib. Bununla yanaşı, gənclər İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb.

Treninqlər çərçivəsində mövzu üzrə təqdimat keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti