...

Azərbaycan maliyyə bazarlarının kuratorları məlum oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2016 17:17 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatasının daha iki strukturuna rəhbər təyin edilib.
Azərbaycan maliyyə bazarlarının kuratorları məlum oldu

Bakı. Ənvər Məmmədov - Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasının daha iki strukturuna rəhbər təyin edilib. Bunu Trend-ə Palatadan bildiriblər.

Cavid Nəzərov Maliyyə bazarlarına nəzarət departamentinin direktoru təyin edilib. O, daha əvvəl Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Lisenziyalaşdırma və nəzarət şöbəsinin müdiri olub.

Palatadan deyiblər ki, bu departament qiymətli kağızlar bazarı üzərində nəzarəti həyata keçirəcək.

Bundan başqa, Anar Salmanov Maliyyə Monitorinqi Xidmətinin direktoru təyin edilib. O, bundan əvvəl Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti