...

Azərbaycan və İran aqrar sektorda əməkdaşlıq istiqamətlərini müəyyənləşdiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2016 17:34 (UTC +04:00)
Azərbaycan və İran aqrar sektorda əməkdaşlığı inkişaf etdirməyə hazırdırlar.
Azərbaycan və İran aqrar sektorda əməkdaşlıq istiqamətlərini müəyyənləşdiriblər

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan və İran aqrar sektorda əməkdaşlığı inkişaf etdirməyə hazırdırlar. Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda Azərbaycan-İran biznes-forumunda deyib.

Nazir iranlı həmkarı ilə heyvandarlıq, süni mayalanma, kənd təsərrüfatı heyvanlarının yeni cinslərinin idxalı və bitkiçilik sahələrində əməkdaşlığın inkişafını, toxumçuluq sahəsində əməkdaşlıq səviyyəsinin artırılmasını, elmi tədqiqat institutları səviyyəsində əlaqələrin qurulmasını, kadr, elmi işlərin nəticələrinin mübadiləsini müzakirə etdiyini bildirib.

H.Əsədov qeyd edib ki, son vaxtlar aqrar sektor sahəsində Azərbaycan-İran münasibətlərinə əlavə təkan verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti