...

Azər Türk Bankın "World Elite" ödəmə kartına sahib olun, premium xidmətlərdən faydalanın

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2016 12:15 (UTC +04:00)
Azər Türk Bank müştərilərinə premimum xidmətlərdən yararlanma imkanı verən MasterCard “World Elite” ödəmə kartını təqdim edir.
Azər Türk Bankın "World Elite" ödəmə kartına sahib olun, premium xidmətlərdən faydalanın

Bakı. Trend:

Azər Türk Bank müştərilərinə premimum xidmətlərdən yararlanma imkanı verən MasterCard "World Elite" ödəmə kartını təqdim edir.

Bankdan Trend-ə verilən məlumata görə, bu karta sahib olmaq müştərilərə bir çox ölkələrin hava limanlarında fəaliyyət göstərən "MasterCard Lounge"-lardan pulsuz istifadə, dünyanın 600-dən artıq beynəlxalq hava limanında birinci dərəcəli və VİP-zallara giriş, biznes-xidmətlərdən istifadə kimi üstünlüklər verir.

Azər Türk Bankın "World Elite" ödəmə kartına sahib olanlar bununla səfər etdikləri ölkəyə dair ətraflı bilgi almaq, viza və digər sənədləşmə məsələlərinə dəstək, yerli valyuta məzənnələri barədə məlumatlanma, itirilmiş baqajın tapılması və çatdırılmasına kömək imkanları da əldə etmiş olurlar.

"World Elite" ödəmə kartına sahib olan müştərilər həmçinin "Concierge" xidmətindən yararlanmaqla 365/24/7 vaxt rejimində çalışan şəxsi menecer vasitəsilə bahalı otellərdə qapalı ziyafətlərə və klublara keçid, incəsənət və kino premyeralarında iştirak, dəbli butiklərə buraxılış və bir çox digər imkanlardan yararlana bilərlər.

Xidmətdən faydalanmaq üçün xüsusi nömrəyə zəng edib şəxsi menecerlə əlaqə yaratmaq yetərlidir. Bundan başqa, "Atəşgah Sığorta" şirkəti kart sahiblərinin səfər sığortasını təmin edir ki, bu da onları xaricə səfərdə müxtəlif bədbəxt hadisələrin baş verməsi zamanı itkiləri 50,000 avro məbləğinə qədər sığortalayır.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş "Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti