...

AYİB prezidenti sərmayələrin artırılması məsələlərini müzakirə etmək üçün Azərbaycana gəlir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2016 13:59 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti sərmayələrin artırılması məsələlərini müzakirə etmək üçün mayın 24-25-də Azərbaycana səfər edəcək. Bu barədə Trend AYİB-ə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, AYİB-in prezidenti mayın 23-24-də Türkmənistana, mayın 24-25-də Azərbaycana, mayın 26-27-də isə Qazaxıstana səfər edəcək: "O, hər üç ölkədə hakimiyyətin ali orqanlarının nümayəndələri ilə görüşlər keçirəcək".

S.Çakrabartinin işgüzar və diplomatik dairələrin nümayəndələri ilə görüşləri də gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti