...

Suma Çakrabarti: AYİB-in Azərbaycana sərmayələrində ciddi artım olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2016 17:21 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Palatadan Trend-ə verilən məlumata görə, Azərbaycanla münasibətlərə çox önəm verdiklərini deyən S.Çakrabarti ölkəmizdə həyata keçirilən islahatları dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, 2016-cı ildə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana sərmayələrində ciddi artım olacaq.

Azərbaycan maliyyə sektorunun mövcud vəziyyəti və MBNP-nin ortamüddətli strategiyası barədə qonağa məlumat verən R.Aslanlı bank sektorunun sağlamlaşdırılması istiqamətində AYİB ilə sıx əməkdaşlığa hazır olduqlarını bildirib.

Görüşdə Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycanla AYİB arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, bu baxımdan yeni imkanlar müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti