...

Suma Çakrabati: AYİB-in iki il ərzində Azərbaycana qoyduğu sərmayələrin həcmi 270 milyon dollar təşkil edib (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2016 12:10 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) son iki ildə Azərbaycanda 270 milyon dollar məbləğində 30 layihə reallaşdırıb.
Suma Çakrabati: AYİB-in iki il ərzində Azərbaycana qoyduğu sərmayələrin həcmi 270 milyon dollar təşkil edib  (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:10-da yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) son iki ildə Azərbaycanda 270 milyon dollar məbləğində 30 layihə reallaşdırıb.

Trend-in məlumatına görə, bunu AYİB-in prezidenti Suma Çakrabarti Bakıda bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bank neft və qeyri-neft sektorlarında Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.

S.Çakrabarti bildirib: "Biz "Cənub Qaz Dəhlizi" layihəsində iştirakda çox maraqlıyıq, lakin anlayırıq ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün iqtisadiyyatın qeyri-neft sektoruna böyük investisiyalar qoymaq vacibdir. Biz Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoyuruq və bu prosesi davam etdirməyə hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti