...

AYİB Azərbaycana kreditləri milli valyutada verməyin yeni mexanizmlərini hazırlamağı tövsiyə edir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2016 12:16 (UTC +04:00)
Azərbaycanda kreditlərin milli valyutada verilməsini artırmaq üçün yeni mexanizm hazırlamaq lazımdır.
AYİB Azərbaycana kreditləri milli valyutada verməyin yeni mexanizmlərini hazırlamağı tövsiyə edir  (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:16-da yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda kreditlərin milli valyutada verilməsini artırmaq üçün yeni mexanizm hazırlamaq lazımdır.

Trend-in məlumatına görə, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti Bakıda bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan bankları manatla kredit vermək üçün imkana malik olmalıdırlar.

S. Çakrabarti qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatı xeyli dollarlaşdırılıb və bu heç kəsdə sual doğurmur: "Məsələ ondan ibarətdir ki, banklar nə vaxt milli valyutada kredit vermə qabiliyyətini bərpa edəcəklər. Bunun üçün banklara yeni mexanizmlər yaratmaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti