Bakı. Trend:
PAŞA Bankın yeni "Baş Ofis" mərkəzinin istismara verilməsi, fəaliyyətin optimallaşdırılması və xidmətin operativliyinin artırılması çərçivəsində Bank kiçik və orta sahibkarlıq müştərilərinə xidməti Bankın əsas Biznes-mərkəzlərinə keçirir.
Bu barədə Trend-ə bankdan verilən məlumatda bildirilir.
Bankın 4 şöbəsinin ("Gənclik", "Nərimanov", "Mikrorayon", "Xalqlar dostluğu") bu kateqoriyadan olan müştərilərə xidmət göstərilməsi üzrə funksiyaları Bankın aşağıdakı ünvanlarda yerləşən əsas Biznes-mərkəzlərinə yönəldilib:
"Baş Ofis" Biznes Mərkəzi
Yusif Məmmədəliyev küç.,15
Bakı, AZ1005, Azərbaycan
"Bridge Plaza" Biznes Mərkəzi
Bakixanov küç. 6
Bakı, AZ1065, Azərbaycan
"Port Baku" Biznes Mərkəzi
Neftçilər pr. 153
Bakı, AZ1010, Azərbaycan
"Şüvəlan" Biznes Mərkəzi
Şüvəlan qəs., A. İldırım küç.68,
Bakı, AZ1150, Azərbaycan
PAŞA Bank
Əmir Məmmədov
Korporativ Kommunikasiyalar Departamenti
Telefon: 012 496 5000
Elektron poçt ünvanı: [email protected]
Bank haqqında:
PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 400 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.
www.pashabank.az