Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan"ın müştərilərinə 24,036 milyon manat kompensasiya ödəyib. Bunu Trend-ə ADIF-in rəhbəri Azad Cavadov deyib.
Onun sözlərinə görə, "Bank of Azerbaijan"da sığortalanmış əmanətlərin həcmi 24,877 milyon manat təşkil edir
A.Cavadov qeyd edib ki, ötən dövr ərzində "Texnikabank"ın əmanətçilərinə 122,627 milyon manat məbləğində sığortalanmış əmanətlərin həcmindən 118,681 milyon manat ödənilib.
O əlavə edib ki, fevralın 4-dən bu günədək "Gəncə Bank"ın müştərilərinə təqribən 872 min manat ödənilib: "Ümumilikdə "Gəncə Bank"da kompensasiya edilən əmanətlərin həcmi 1,039 milyon manat təşkil edir".