...

"Nikoil Bank" da iş rejimini yenilədi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2016 17:05 (UTC +04:00)
Yenilənmiş iş rejiminə əsasən, müştərilərə kassa-hesablaşma və əməliyyat xidmətləri göstəriləcək.
"Nikoil Bank" da iş rejimini yenilədi

Bakı. Trend:

Bakı şəhərində 17-19 iyun tarixləri arasında keçiriləcək "Formula 1" Avropa Qran Prisi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Nikoil Bank-ın Puşkin küçəsi, 30 ünvanında yerləşən baş ofisi və Ü.Hacıbəyli, 27 ünvanında yerləşən 13 saylı filialı yeni iş rejimində fəaliyyət göstərəcək.

21 iyun daxil olmaqla, yuxarıda göstərilən Nikoil Bank-ın satış nöqtələri səhər saat 09:00-dan axşam saat 21:00-dək qücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. Yenilənmiş iş rejiminə əsasən, müştərilərə kassa-hesablaşma və əməliyyat xidmətləri göstəriləcək. Müştərilərin və şəhərimizin qonaqlarının rahatlığının təmin olunması və yüksək keyfiyyətli xidmətin göstərilməsi Nikoil Bank-ın əsas məqsədlərindən biridir.

Bu gün "Nikoil Bank" əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Nikoil Bank-ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti