...

"AccessBank" hər gün müştərilərin xidmətində olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2016 20:25
“Formula 1” yarışları zamanı bankın “Səbail” və “Xaqani” filialları gücləndirilmiş iş rejimində çalışacaq.
"AccessBank" hər gün müştərilərin xidmətində olacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda keçiriləcək "Formula 1" yarışları zamanı müştərilərinə və xarici vətəndaşlara fasiləsiz və keyfiyyətli xidmət göstərmək üçün iyunun 10-dan 21-dək AccessBank-ın "Səbail" və "Xaqani" filialları müvəqqəti olaraq yeni iş rejiminə keçir.

Yeni qrafikə əsasən, bu filiallar şənbə-bazar və bayram günləri daxil olmaqla həftənin 7 günü saat 09:00-dan 21:00-dək müştərilərin xidmətində olacaq.

İş saatı dəyişdirilən filialların ünvanları və əlaqə nömrələri:
"Səbail" filialı - Bakı ş., Rəsul Rza küç. 15, tel. (+994 12) 493 43 54
"Xaqani" filialı - Bakı ş., Nizami küç. 100B, tel. (+994 12) 498 94 26

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb.

AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan bankda 1800-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BB+ dərəcəsi ilə qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti