...

"Möhtəşəm 100 gün" lotereyasının qalibləri məlum oldu (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2016 18:43 (UTC +04:00)

Bakı. Trend:

Lotereyada "Kristal Abşeron"dan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd Toyota Bakı Mərkəzində avtomobil (Prado, Camry, Corolla), "Bakı Electorincs"dən müxtəlif növ məişət texnikalarından ibarət hədiyyələr olmaqla ümumilikdə 134 hədiyyə oynanılıb.

"Spar" və "Araz" supermarketlər şəbəkəsindən Trend-ə verilən məlumata görə, şəbəkənin öz müştəriləri üçün təşkil etdiyi "Möhtəşəm 100 gün" adlı stimullaşdırıcı lotereyanın qalibləri 30 iyun 2016-cı il tarixində məlum olub. Paytaxtın Alov qüllələr kompleksində, "Fairmont" hotelində baş tutan final mərhələ hələ uzun müddət özünün möhtəşəmliyi ilə yaddaşlarda qalacaq.

Yüzlərlə müştəri qalib olmaq arzusu ilə "Fairmont" hotelində toplaşıb. Lotereya kampaniyasının siması, sevilən aktyor Fərda Xudaverdiyevin və İlahə Şıxlinskayanın aparıcısı olduğu tədbir musiqili qonaqların iştirakı ilə davam edib.

Lotereyada tiraj komissiyasının şahidliyi ilə "Kristal Abşeron"dan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd Toyota Bakı Mərkəzində avtomobil (Prado, Camry, Corolla), "Bakı Electorincs"dən müxtəlif növ məişət texnikalarından ibarət hədiyyələr olmaqla ümumilikdə 134 hədiyyə oynanılıb.

5 ədəd soyuducu, ardınca 5 ədəd paltaryuyan, 5 ədəd telvizor, 10 ədəd planşet, 15 ədəd telefon və 20 ədəd tozsoran öz sahibini tapıb.
Uduşlu tirajda İlyasova İradə Ərşad qızı “Toyota Corolla”, Dadaşova Sevil Bilal qızı “Toyota Camry”, Ömərov Azər Nüsrət oğlu “Toyota Prado” avtomobilini, Mikayılzadə Aydan Firuz qızı “Kristal Abşeron” şirkətinin Xırdalandakı yaşayış kompleksindən 2 otaqlı mənzil qazanıb.

Canlı yayımda əsas qaliblər ilə əlaqə saxlanılaraq onlara "Araz" və "Spar" supermarketlərinin stimullaşdırıcı lotereyasının qalibləri olduqları xəbəri verilib. Telefonda qalib olmaları xəbərini eşidən müştərilərin sevinclərinin həddi-hüdudu olmayıb. “Toyota Corolla” və “Toyota Camry” avtomobillərini qazanan xanımlar uduş mərasiminin keçirildiyi məkana gələrək “AzRetail” MMC-yə öz təşəkkürlərini bildiriblər.

Fatmayı kəndində yaşayan və 2 otaqlı mənzil qazanan Aydan Mikayılzadə sevincindən ağlayıb.

Əsas hədiyyələrin qalibləri müəyyən edildikdən sonra 40 fen və 30 ütü də oynanılıb.

Oyunun daha maraqlı və həyacanlı məqamlarından biri də tədbirdə iştirak edən müştərilər tərəfindən lototronun fırladılması və kuponların çıxarılması olub.

Qeyd edək ki, lotereya oyununun şəffaf keçirilməsinin təmin edilməsi məqsədilə "Araz" marketlərində yerləşdirilən lotereya qutularının ağzı öncədən möhürlənərək xüsusi çəkiliş qurupları ilə 30 iyun tarixində "Fairmont" oteldə komissiya üzvlərinin iştirakı ilə lototrona boşaldılmışdı. "Möhtəşəm 100 gün" lotereyasının şərtlərinə görə "Araz" və "Spar" marketlər şəbəkələrində 17 mart-24 iyun tarixləri aralığında hər 20 manatlıq alış-veriş edən müştəri bir ədəd kupon-lorereya qazanırdı.

Qaliblərin adları elan olunaraq Tiraj komissiyasına təhvil verilib. Eyni zamanda qaliblərin siyahısı www.arazmarket.az saytında və "Araz" market və "Spar" marketin facebook səhifəsində yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti