...

Dövlət Neft Fondu 6 ay üzrə gəlir və xərclərini açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2016 16:01 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ilin yanvar-iyun ayları ərzində büdcə gəlirləri 3991,0 milyon manat, büdcə xərcləri isə 2 256,7 milyon manat təşkil edib.
Dövlət Neft Fondu 6 ay üzrə gəlir və xərclərini açıqladı

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ilin yanvar-iyun ayları ərzində büdcə gəlirləri 3991,0 milyon manat, büdcə xərcləri isə 2 256,7 milyon manat təşkil edib.

ARDNF-dən Trend-ə verilən məlumatda belə deyilir.

Bu müddət ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 689,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 680,6 milyon manat, bonus ödənişləri 0,1 milyon manat və tranzit gəlirləri 8,8 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 301,5 milyon manata bərabər olub.

Hesabat dövrü ərzində, ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 760,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 55,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,6 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 35,3 milyon manat vəsait ayrılıb.

9,2 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 241,9 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə isə 127,0 milyon manat vəsait ayrılıb.

2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 8,5 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 65,4 milyon manat təşkil edib.

2016-cı il iyulun 1-ə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 milyon ABŞ dolları) nisbətən 4,6% artaraq, 35 117,9 milyon ABŞ dollarına bərabər olub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti