...

İranın Şərqi Azərbaycan Vilayəti ilə Naxçıvan arasında iqtisadi əlaqələr genişlənir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2016 12:58 (UTC +04:00)

Bakı. Trend:

İranın Şərqi Azərbaycan vilayətinin nümayəndə heyəti Naxçıvana səfər ediblər.

Trend-in məlumatına görə, Şərqi Azərbaycan valisinin iqtisadi və mədəni işlər üzrə müavini Əli Nəvadadın başçılıq etdiyi 24 nəfərlik heyətinə İranın iş adamları, Təbriz ticarət palatasının rəhbəri Həsənzadə, vilayətin iqtisadi və maliyyə məsələləri üzrə Baş Direktoru Hüseyni və tikinti, yeyinti sənayesi, paketləmə, idxalat-ixracat, export, şüşə, filiz, kənd təsərrüfatı və tikinti materialları istehsal edən sənaye və istehsal müəssisələrinin səlahiyyətli nümayəndələri daxildirlər.

Heyət İranın Baş Konsulluğunda Baş Konsul Mansour Airom ilə görüşüb. Baş Konsul Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı barədə məlumat verib, ikitərəfli əməkdaşlıq üçün imkanların olduğunu diqqətə çatdırıb. Airom Naxçıvanla iqtisadi əməkdaşlığın Azərbaycan, Qafqaz regionu və eləcədə keçmiş sovet birliyi ölkələri ilə əməkdaşlıq üçün körpü olduğunu diqqətə çatdırıb.

Baş Konsul İranın Naxçıvandakı Baş Konsulluğunun hər iki tərəfin mənafeyinə xidmət edəcək iqtisadi əməkdaşlığın artırılması üçün iranlı və naxçıvanlı iş adamlarına kömək üçün hazır olduğunu diqqətə çatdırıb. Şərqi Azərbaycan Valisinin müavini Ə.Nəvadad İranın Naxçıvandakı Baş Konsuluna əlaqələrin inkişafındakı xidmətlərinə görə minnətdarlıq edərək Azərbaycan və Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafının İran və Şərqi Azərbaycan vilayəti üçün əhəmiyyətli olduğunu diqqətə çatdıraraq son illər ərzində ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

Heyət üzvləri sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyev muzeyinə gələrək dahi öndərin büstü önünə gül dəstəsi qoyduqdan sonra muzey ilə tanış olublar.

Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini və İranın Baş Konsulu, Həsənzadə və Hüseyni ilə birlikdə Naxçıvan MR Ali Məclisi Sədrini Birinci Müavini Azər Zeynalov və sədrin müavini Mirhaşım Seyidov ilə görüşüblər. A.Zeynalov İranın Naxçıvandakı Baş Konsulunun ikitərəfli münasibətlərin inkişafına göstərdiyi səy və dəstəyə görə minnətdarlıq edərək, iki ölkənin iş adamlarını tanış etməyin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

O, müxtəlif sahələrdə o cümlədən, kənd təsərrüfatı, dəmir yolu və əczaçılqda əməkdaşlığın inkişaf etdirilməsi üçün münasib şəraitin mövcud olduğunu bildirərək bu sahələrdə işlərin sadələşdirilməsi üçün tədbirlərin görülməli olduğunu bildirib. Ə.Nəvadad iqtisadi əməkdalıq üçün uyğun imkanların olduğunu bildirib və Naxçıvana gətirilən 150 adda dərman preparatının 500-ə çatdırılması imkanı olduğunu vurğulayıb.

Səfərin ilk günü nahardan sonra heyət üzvləri Naxçıvan şəhərində Biznes Mərkəzinə gələrək Naxçıvan MR-nın istehsal imkanları sərgisi ilə yaxından tanış olub, sonra isə Naxçıvan MR-in İqtisadiyyat naziri Famil Seyidovun, digər məsul şəxslərin və iş adamlarının da iştirakı ilə müştərək bizines forumda iştirak ediblər.

Nazir Naxçıvan MR-in iqtisadi imkanları və investisiya imkanları barədə geniş məlumat verib. Ə.Nəvadad Şərqi Azərbaycan vilayətinin iqtisadi potensiali barədə məlumat verərək iqtisadi əməkdaşlığa, o cümlədən müştərək istehsala və ixracata təkid edib.

Sonra heyət üzvləri tanıtdırılaraq sənaye, ixracat, investisiya və istehsal sahələrində müzakirələr aparılması məqsədi ilə iki tərəfli görüşlər təşkil olunub.

Səfərin davamı olaraq heyət üzvləri Naxçıvan şəhərində yerləşən bir neçə istehsal müəssisəsi, o cümlədən Sement zavodu, Mebel fabriki, yeyinti məhsulları və plastik boru fabrikləri ilə tanış olublar. Səfərin ikinci günü heyət üzvləri Naxçıvandakı tərəf müqabilləri ilə görüşüb müzakirələr aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti