...

Rövnəq Abdullayev: SOCAR maliyyə kanallarını şaxələndirmək niyyətindədir (YENİLƏNİB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2016 12:02 (UTC +04:00)
SOCAR maliyyə kanallarını şaxələndirmək niyyətindədir.
Rövnəq Abdullayev: SOCAR maliyyə kanallarını şaxələndirmək niyyətindədir  (YENİLƏNİB) (FOTO)

Bakı. Maksim Tsurkov – Trend:

SOCAR maliyyə kanallarını şaxələndirmək niyyətindədir. Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycan vətəndaşları üşün şirkətin istiqrazlarının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, SOCAR beynəlxalq səviyyədə mövqelərini möhkəmləndirmək üzrə yeni strategiya reallaşdırır.

R.Abdulllayev qeyd edib ki, istiqrazlar yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər tərəfindən əldə edilə bilər.

O əlavə edib ki, təkrar bazarda xarici fiziki və hüquqi şəxslərin istiqraz sahiblərindən onları əldə etmək imkanı da var.

R.Abdullayevin sözlərinə görə, SOCAR istiqrazların buraxılması ilə ölkə iqtisadiyyatı üçün yeni maliyyə mexanizmləri yaradır: "SOCAR-ın istiqrazlarının emissiyası ölkə daxilində kənardan cəlb edilən vəsaitlərin həcminin artmasına gətirib çıxarmayacaq, çünki bu qiymətli kağızlardan əldə edilmiş vəsaitlər şirkətin maliyyə portfelinin şaxələndirilməsinə yönəldiləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti