...

“Abşeronneft” NQÇİ-də hasilat rekord səviyyəydə olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2016 17:12 (UTC +04:00)
“Azneft” İstehsalat Birliyinin aparıcı müəssisələrindən olan “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin kollektivi hasilatın artırılması istiqamətində hazırlanmış proqramın uğurla icrasına nail olub, bu ilin sentyabr ayında İdarə üzrə gündəlik orta neft hasilatını ən yüksək həddə - sutkada 1000 tona çatdırıb.
“Abşeronneft” NQÇİ-də hasilat rekord səviyyəydə olub

Bakı. Trend:

“Azneft” İstehsalat Birliyinin aparıcı müəssisələrindən olan “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin kollektivi hasilatın artırılması istiqamətində hazırlanmış proqramın uğurla icrasına nail olub, bu ilin sentyabr ayında İdarə üzrə gündəlik orta neft hasilatını ən yüksək həddə - sutkada 1000 tona çatdırıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, idarədə 2010-cu ildə orta gündəlik neft hasilatı 474 ton, 2011-ci ildə 552 ton, 2012-ci ildə 555 ton, 2013-cü ildə 664 ton, 2014-cü ildə 775 ton, 2015-ci ildə isə 886 ton təşkil etmişdir. 2010-cu ildə neft hasilatı illik 172964 ton olduğu halda, bu ilin 8 ayında hasilat 242154 ton səviyyəsində olmuşdur. Hasilatın artmasına təsir edən başlıca amillər quyu fondunun yenilənməsi, davamlı olaraq yeni quyuların qazılaraq istismara verilməsi olmuşdur. Belə ki, 2011-ci ildə qazmadan 32 quyu, 2012-ci ildə 34 quyu, 2013-cü ildə 27 quyu, 2014-cü ildə 30 quyu, 2015-ci ildə 38 quyu istismara daxil edilmişdisə, bu ilin yanvar-avqust aylarında 15 quyu qazılaraq mədənçilərə təhvil verilmişdir. Bu quyulardan 24940 ton neft alınmışdır. Ümumiyyətlə, qazmadan alınan quyuların hasilatı İdarə üzrə neft hasilatının 11 faizini təşkil etmişdir. Hasilatın rekord həddə çatdırılmasına təsir edən digər səbəblərdən biri də, İdarənin balansındakı quyu fondu üzərində aparılan texniki və geoloji tədbirlər olmuşdur. Görülmüş işlərin nəticəsidir ki, fəaliyyətsiz fonddan istismara qaytarılmış quyulardan 2012-ci ildə 168554 ton, 2013-cü ildə 204756 ton, 2014-cü ildə 236044 ton, 2015-ci ildə 272696 ton neft alınmışdır. Bütün bunlarla yanaşı, 2013-cü ildən başlayaraq idarədə erlift üsulu ilə işləyən quyuların sayı surətlə artmışdır. Bu üsul yüksək səmərə verdiyi üçün 2012-ci ildən başlayaraq quyuların sayı 2 quyudan 2016-cı ilin 8 ayında 87 quyuya çatdırılmışdır. Cari ilin 8 ayında bu quyulardan 68897 ton neft hasil edilmişdir. İdarədə yeni texnika və texnologiyaların tətbiqinə də geniş yer verilmiş, yanvar-avqust aylarında 25 quyuda quyudibi zona turşu ilə işlənilmiş və nəticədə əlavə 510 ton neft alınmışdır. Tıxac təmizləyən qurğu 60 quyuda tətbiq edilmiş və bu da 290 ton əlavə neft hasilatına səbəb olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti