Bakı. Ənvər Məmmədov – Trend:
SOCAR gələn il istiqrazların ikinci emissiyasını planlaşdırır.
Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakı Fond Birjasının təkrar bazarında istiqrazların satışına başlanılmasına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, istiqrazların buraxılışı ilk növbədə bazardakı tələbatdan asılıdır.
R.Abdullayev qeyd edib: "Əgər bazarda tələbat olsa, 2017-ci ildə dollar istiqrazlarının ikinci emissiyasının yerləşdirilməsinə başlaya bilərik".