Bakı. Trend:
Fevralın 7-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracın və həmin vaxtadək banklararası bazarda aparılan əməliyyatların nəticəsində manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb.
Bu barədə Trend-ə Mərkəzi Bankdan məlumat verilib.
Qeyd edək ki, fevralın 7-nə USD/AZN rəsmi məzənnəsi 1,8769 səviyyəsində müəyyən olunub.