Bakı. Trend:
2016-cı ildə Azərbaycanda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1677,1 min kvadratmetr olan yeni yaşayış evləri tikilərək istifadəyə verilib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istifadəyə verilmiş ümumi sahənin 78,6 min kvadratmetri doğma yurdlarını tərk etmiş məcburi köçkünlər üçün tikilmiş evlərin payına düşür.
İl ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 683,5 milyon manat olub, onun 47,5 milyon manatı dövlət, 636,0 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların payına düşüb.
Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 11,2 min yaşayış evi tikiblər, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Tovuz, Kürdəmir, Cəlilabad və Qəbələ rayonlarında inşa edilib.