...

Bağlanan bankların əmanətçilərinə 727 milyon manatdan çox kompensasiya verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2017 17:02
Bağlanan bankların əmanətçilərinə 727 milyon manatdan çox kompensasiya verilib.
Bağlanan bankların əmanətçilərinə 727 milyon manatdan çox kompensasiya verilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən aprelin 12-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 201 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 54 milyon 566 min manat (ümumi kompensasiya öhdəliyinin 75%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3 milyon 087 minmanatdan (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) artıq kompensasiya ödənilib.

Fonddan Trend-ə verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 128 miyon 626 min manatdan artıq kompensasiya ödənilib.

Bundan başqa, “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 280 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-i), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) çox kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 254 min manatdan çox kompensasiya ödənilib.

QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə isə 436 milyon 613 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99%-i əmanətçilərə ödənilib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. 12 fevral 2017-ci il tarixədək “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120 milyon 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 727 milyon 065 min manatdan artıq kompensasiya ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti