Bakı. Trend:
Dünya bankı (DB) Ukraynaya $ 150 mln. məbləğində yeni kredit ayırmaq qərarına gəlib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, kreditin ayrılması barədə qərar təşkilatın direktorlar Şurasının mayın 2-də keçirilən iclasında qəbul olunub.
Kredit Ukraynanın İxrac-idxal bankına Kiyevin suveren təminatları altında veriləcək.