...

Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçıları bir araya gəliblər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2017 16:43 (UTC +04:00)
İyunun 13-14-də Qazaxıstanın paytaxtı Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iştirakçıları bir araya gəliblər.
Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçıları bir araya gəliblər (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

İyunun 13-14-də Qazaxıstanın paytaxtı Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iştirakçıları bir araya gəliblər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin nümayəndələrinin də iştirak etdiyi iclas çərçivəsində “Nəqliyyat infrastrukturunun inkişafı. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin və rəqabətədavamlığının artırılması” mövzusunda “dəyirmi masa” təşkil olunub.

QSC-dən Trend-ə verilən məlumata görə, Qazaxıstan, Çin, Ukrayna, Polşa, Türkiyə, Azərbaycan, Gürcüstan, Litva və Latviyanın dəmiryol, liman, gəmiçilik və logistika şirkətlərindən 80-dək nümayəndənin qatıldığı “dəyirmi masa”da TBNM, onun üstünlükləri, hazırkı vəziyyəti, imkanları və inkişaf perspektivləri barədə geniş məlumat verilib. Bildirilib ki, bu nəqliyyat marşrutu daimi və stabil olması ilə seçilir.

İclasda liman və dəmiryol infrastrukturunun genişləndirilməsi barədə müzakirələr aparılıb. Aktau, Kurık və Ələt limanlarının, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin əhəmiyyəti vurğulanıb.

Müzakirələrdə TBNM Beynəlxalq Assosiasiyasının təsisçiləri və Çinin Nəqliyyat və Kommunikasiya Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Toplantıda “Polşa Dəmir Yolları” ASC-nin Assosiasiyanın hüquqi şəxslər ittifaqına üzvlüyü və Bolqarıstan, Rumuniya, Ukraynanın Qara dəniz limanlarından daşınan konteynerlərinin rəqabətədavamlı tariflərinin müəyyən edilməsi məsələləri də müzakirəyə çıxarılıb.

Günün sonunda danışıqların yekununa dair protokolun imzalanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti