...

"Xalq Bank" əsas maliyyə göstəricilərinə görə ölkənin lider banklarından biridir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2017 15:35 (UTC +04:00)
Xalq Bank 2017-ci ilin ikinci rübünün nəticələrinə əsasən maliyyə-təssərrüfat fəaliyyətində müsbət dinamika nümayiş etdirərək bank sektorunda aparıcı mövqeyini bir daha təsdiqləyib.
"Xalq Bank" əsas maliyyə göstəricilərinə görə ölkənin lider banklarından biridir

Bakı. Trend:

Xalq Bank 2017-ci ilin ikinci rübünün nəticələrinə əsasən maliyyə-təssərrüfat fəaliyyətində müsbət dinamika nümayiş etdirərək bank sektorunda aparıcı mövqeyini bir daha təsdiqləyib.

Bankdan Trend-ə verilən məlumata görə, bu ilin altı ayı ərzində Bankın aktivləri 177,3 milyon manat (10.62%) artaraq 1.845 mlrd manat təşkil edib.

Aktivlərin həcminə görə Xalq Bank kommersiya banklarının renkinq cədvəlində üçüncü pillədə qərarlaşıb. Bank birinci rüblə müqayisədə cəmi kapitalın həcmini 3.25% artıraraq 245,353 milyon manata çatdırıb ki, bu da öz növbəsində bank sektorunda üçüncü nəticədir. Ölçülmüş kredit siyasəti sayəsində 2017-ci il ərzində müştərilərə verilən kreditlərin ümumi məbləği 5.05% artaraq 1.338 mlrd manata çatmış və bu göstəriciyə görə Xalq Bank ölkənin kommersiya bankları arasında birinci mövqeyini möhkəmləndirib. Bankın əsas fondlaşma mənbəyi olan depozit portfeli altı ay ərzində 11.98% artaraq 1.230 mlrd manata çatdırılıb ki, bu da müştərilərin Banka olan böyük etibarından xəbər verir. Bu göstəriciyə görə Xalq Bank Azərbaycanın üç böyük kommersiya bankı arasındadır.

Bank 2017-ci ilin ötən ayları ərzində inkişaf strategiyasının prioritet vəzifələrindən biri olan xidmət infrastrukturunun genişləndirilməsinə diqqət yetirib - Tovuz şəhərində sayca 28-ci filial istifadəyə verilib. Eyni zamanda Xalq Bank plastik kartlara xidmət səviyyəsini yüksəltmək və qeyri-nağd ödənişləri stimullaşdırmaq məqsədi ilə bankomat və POS-terminal şəbəkələrini inkişaf etdirir, təsadüfi deyil ki, Bank, elektron ticarət şəbəkəsi vasitəsilə aparılan nağdsız əməliyyatların sayında və həcmində əldə etdiyi artıma görə banklar arasında aparıcı yerlərdən birini tutur. İlk yarımildə Xalq Bank World MasterCard Black Edition kartını Azərbaycanda ilk təklif etdiyinə və debit kartlarının sayında əldə etdiyi artıma görə MasterCard İnternational; kartlar üzrə orta əməliyyat məbləğində ən yüksək artıma nail olduğuna görə Visa İnternational beynəlxalq ödəniş sistemləri tərəfindən mükafatlandırılmışdır. Bank sosial sahədə də öz fəallığını sərgiləyir, belə ki, 2010-cu ildən gerçəkləşdirilən və ölkənin mədəni həyatında hadisəyə çevrilmiş “Xalq Əmanəti” layihəsi çərçivəsində Xalq Bank 2017-ci ildə yeni nəşrlər təqdim edib, Şamaxı və Bakı şəhərlərində sərgilər keçirib.

Xalq Bank bütün uğurlarına görə sadiq müştərilər və peşəkar əməkdaşlarına minnətdarlığını bildirir və gələcəkdə daha yüksək nailiyyətlər əldə etmək əzmindədir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti