...

Beynəlxalq Bankdan Qurban bayramı endirimləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2017 10:45 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının Qurban bayramında da müştərilərə maraqlı sürprizləri var.
Beynəlxalq Bankdan Qurban bayramı endirimləri

Bakı. Trend:

Özəl günləri müştərilər üçün daim xoş yeniliklərlə unudulmaz etməyə çalışan Azərbaycan Beynəlxalq Bankının Qurban Bayramında da onlara maraqlı sürprizləri var. Bankın bayram ərəfəsində start verdiyi yeni kampaniya müştərilərə 2 imkanı birdən qazandırır.

Bunlar aşağıdakılardır:

-Depozit seyflərinin icarəsi 50% endirimlə;

-VISA/MasterCard Gold, Platinum, AMEX Gold, Green, VISA Gold Prime plastik kartlarının qiymətlərində 50%-ə qədər güzəşt.

Kampaniya 28 avqust 2017-ci il tarixindən 31 avqust 2017-ci il tarixinə qədər keçərlidir. Müştərilər bu imkandan bankın hər bir filial və şöbəsində faydalana, eləcə də ödəniş kartlarını bu bölmədən onlayn sifariş verə bilərlər.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti