Əfqanıstan Avropa bazarlarına Azərbaycan vasitəsilə çıxmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Xəbər 8 Sentyabr 2017 20:41 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Əfqanıstan Avropa bazarlarına Azərbaycan vasitəsilə çıxmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu Əfqanıstanın Ticarət-Sənaye Palatasının nümayəndəsi Siyam Psarlai deyib.

Onun sözlərinə görə, son iki il ərzində Əfqanıstanla Azərbaycan arasında ticarət münasibətləri daha da yaxşılaşıb.

Əfqanıstanın Ticarət-Sənaye Palatası ölkə hökumətinə bu cür imkanlardan istifadə edərək Azərbaycan vasitəsilə Avropaya məhsul tədarükünü artırmağı təklif edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti