Bakı. Trend:
Oktyabrın 18-də Avstraliya iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Avstraliya biznes-forumu keçiriləcək.
Trend AZPROMO-ya istinadən məlumat verir ki, tədbirə turizm, logistika, nəqliyyat, tikinti, təhsil, hüquq, daşınmaz əmlak, üzüm, şərab, ağartı məhsulları və ət istehsalı, mədən sənayesi və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq Avstraliya şirkətinin qatılacağı gözlənilir.
Tədbir 18 oktyabr tarixində saat 09:30-dan etibarən “Bakı Biznes Mərkəzi”ndə keçiriləcək.