Bakı. Azad Həsənli - Trend:
Azərbaycan hökuməti 2018-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) real artımını 1,5 faiz həcmində proqnozlaşdırır.
Trend-in məlumatına görə, bu barədə 2018-ci il və növbəti 3 il üçün dövlət və icmal büdcə layihələrində bildirilir.
Sənədə əsasən, gələn il Azərbaycanın ÜDM-nin 69,4 milyard manat olacağı gözlənilir. ÜDM-də qeyri-neft sektorunun payının 2,9 faiz artaraq 47,6 milyard təşkil edəcəyi gözlənilir.
Azərbaycan ÜDM-nin 83 faizinin özəl sektorda formlaşacağı gözlənilir.
2016-cı ildə ölkənin ÜDM-i 3,1 faiz azalmışdı. Bu il ölkə iqtisadiyyatının 0,3 faiz artacağı və artımın 2021-ci ilədək davam edəcəyi gözlənilir.
2017-2021-ci illərdə Azərbaycan ÜDM-nin artımı üzrə hökumətin proqnozu
2017-ci il |
2018-ci il |
2019-cu il |
2020-ci il |
2021-ci il |
|
ÜDM-in həcmi (milyard manatla) |
68,164 |
69,396 |
72,727 |
77,403 |
81,053 |
Real ÜDM (%-lə) |
0,3 |
1,5 |
1,4 |
3,7 |
2,9 |
2018-ci il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat (o cümlədən mərkəzləşdirilmiş gəlirlər - 19,476 milyard manat, yerli - 650,671 milyon manat), xərcləri 20,905 milyard manat (o cümlədən mərkəzləşdirilmiş xərclər - 20,182 milyard manat, yerli - 724,092 milyon manat) səviyyəsində proqnozlaşdırılır.
2018-ci il dövlət büdcəsində neftin qiyməti ilə bağlı proqnoz 45 dollar/barel təşkil edir.