Əli Həsənov: Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyada iqtisadi inkişafa və əməkdaşlığa böyük təkan verəcək

Əli Həsənov: Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyada iqtisadi inkişafa və əməkdaşlığa böyük təkan verəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyada iqtisadi inkişafa və əməkdaşlığa böyük təkan verəcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bunu Baş nazirin müavini, Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov noyabrın 1-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşündə deyib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlərin müzakirə olunduğu görüşdə BQXK ilə Azərbaycan hökuməti, eləcə də digər tərəfdaşlar arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışılıb, bu qurumun cəbhəyanı ərazilərdə həyata keçirdiyi fəaliyyətlər, göstərdiyi dəstək barədə, onların icra mexanizmi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin hazırda bütün dünyanın diqqət mərkəzində olan, Şərqdən Qərbə uzanan inkişaf, əməkdaşlıq, sülh körpüsü kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının Avrasiyada iqtisadi inkişafa və əməkdaşlığa böyük təkan verəcəyini diqqətə çatdıran Baş nazirin müavini bu layihənin reallığa çevrilməsini çox böyük tarixi hadisə kimi qiymətləndirib. Bu baxımdan Azərbaycan dövlətinin öz vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini özünün ali məqsədi olaraq müəyyənləşdirdiyini və bu istiqamətdə əməli tədbirlər həyata keçirdiyini diqqətə çatdıran Ə.Həsənov son illər ərsəyə gələn Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi qlobal tarixi əhəmiyyət daşıyan layihələrin uğurla həyata keçirilməsini ölkəmizin iqtisadi imkanlarının artmasına, son nəticədə ölkə vətəndaşlarının sosial şəraitinin yaxşılaşdırılmasına yönələn və buna hərtərəfli imkan yaradan layihələr kimi dəyərləndirib.

Azərbaycan Prezidentinin siyasi iradəsi, müstəqil siyasəti və qətiyyəti ilə Bakı-Tbilisi-Qars dəymir yolu layihəsinin reallaşmasının ölkəmizin beynəlxalq nüfuzunun da artmasına səbəb olduğunu vurğulayan Baş nazirin müavini bildirib ki, bu layihənin reallaşması dünyaya həm də onu göstərdi ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bütün layihələr öz təsdiqini tapır və qlobal əhəmiyyət daşıyır.

Baş nazirin müavini münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçirilmiş müxtəlif humanitar layihələri, xüsusilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfərlərini, kənd sakinləri ilə görüşlərini və aparılan müzakirələri yüksək qiymətləndirib və Azərbaycan dövləti tərəfindən ölkəmizdə olan bütün beynəlxalq təşkilatların azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıb. Baş nazirin müavini müharibə şəraitində olan Azərbaycanda Beynəlxalq Qızıl Xaç Komitəsinin rolunun mühüm önəm kəsb etdiyini və bu xüsusda təşkilatın Bakı ofisinin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib.

Sonda E.Sessera Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirib, ölkəmizdə baş verən inkişaf və tərəqqinin göz qabağında olduğunu diqqətə çatdırıb. O, həmçinin ölkəmizdəki fəaliyyətlərinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirməklə yanaşı, bunun BQXK-nın dünyanın müxtəlif ölkələrindəki humanitar fəaliyyətinin dəstəklənməsi üçün də mühüm önəm daşıdığını vurğulayıb.

AİB Azərbaycanda innovativ pilot layihə tətbiq edir
AİB Azərbaycanda innovativ pilot layihə tətbiq edir
“Bank Respublika”nın kredit və depozit portfeli əhəmiyyətli dərəcədə artıb
“Bank Respublika”nın kredit və depozit portfeli əhəmiyyətli dərəcədə artıb
Kapital Bank kiçik və orta sahibkarlara maliyyələşmə üçün onlayn sifariş xidmətlərini təklif edir
Kapital Bank kiçik və orta sahibkarlara maliyyələşmə üçün onlayn sifariş xidmətlərini təklif edir
Loading Bars
Xəbər lenti
Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların reyestrinin aparılması Qaydasında dəyişiklik edildi
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Gəncədə gördüklərimiz müharibə cinayətidir - Fransalı vəkil
Təhlükəsiz ticarətin təşkili məsələləri müzakirə edilib
Biz istərdik ki, erməni vəhşiliyi beynəlxalq səviyyədə təqdim edilsin - Fransalı hüquqşünas
Azərbaycanla Ermənistan arasında münasibətlərdə etimad tədbirlərinin möhkəmlənməsi vacib tapşırıqdır - Zaxarova
Türkiyə Azərbaycanla Ermənistanın layihələrini dəstəkləyir - Çavuşoğlu
Ombudsmanın Gəncə Regional Mərkəzi onlayn hüquqi maarifləndirmə tədbirləri keçirib (FOTO)
Fransalı hüquqşünaslar Gəncəyə səfər ediblər (FOTO)
Xəzər rayonunda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib
Cənubi Koreyada Rusiyanın balıqçı gəmisi yanıb
SOCAR Sberbank Publik Səhmdar Cəmiyyəti ilə birgə müəssisəsinin kapitalından çıxır
Rektor: Distant təhsil universitetlərin inkişafı baxımından ciddi çağırış yaratdı
ABŞ 2050-ci ilədək parnik qazlarının atmosferə tullantılarının həcmini sıfıra endirəcək - Bayden
Aprelin 23-nə USD/AZN rəsmi məzənnəsi
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı daha 3 ay artırıldı
Azərbaycan İsraildə turizm bürosu açacaq
Azərbaycanın əməkdar pilotları Qarabağa uçuşları səbirsizliklə gözləyir (VİDEO)
Zərdabda reyd: 31 sürücü cərimələndi (FOTO)
Kütləvi immunitetə yaxınlaşırıq - Adil Qeybulla
Gədəbəydə yeni yaradılan 4 kartof sortunun əkininə başlanılıb (FOTO)
İşğal dövründə vurduğu ziyana görə Ermənistanı beynəlxalq məhkəməyə verməliyik - Politoloq
Türkiyəli mütəxəssislər AQTİ laboratoriyaları ilə tanış olublar (FOTO)
Akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək
Palçıq Vulkanları Turizm Kompleksinin binası krater formasında olacaq
DİN vətəndaşları kibercinayətkarlara qarşı ayıq-sayıq olmağa çağırdı
Havada müşahidə olunan toz lokal xarakter daşıyır - Nazirlik
Sankt-Peterburqdan Bakıya uçuşlar üçün icazə verilib
Yevlaxın içməli su təchizatı sistemi yenidən qurulur
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb (FOTO)
Vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi artıb - Nazir
Azərbaycan qanunvericiliyi xəstəlikdən əziyyət çəkən şəxslərin işəgötürülmə hüquqlarını və sosial müdafiəsini təmin edir - Könül Nurullayeva
Ağdamda tarixi abidələrin vandalizmə məruz qaldığını gördük - Yasin Yakuti
Belarus Azərbaycana traktorların yığılması üçün komplekt hissələr tədarük edəcək
Ağdam tamamilə dağıdılaraq, demək olar ki, xəritədən silinib - Fransalı hüquqşünas
Cəbrayıl rayonunun Şahvələdli kəndi (VİDEO)
Bakı limanının əməkdaşları peyvənd olunur (FOTO)
Azərbaycan Rusiya ilə birgə avtomobil istehsal edəcək - Müəssisə işə başladı
Hərarəti yüksək olan bir abituriyent imtahana buraxılmadı
Yem satışı mağazasında nöqsanlar aşkarlanıb (FOTO)
Bu abituriyentlərin nəticələri ləğv olunacaq - DİM
ABŞ Türkiyənin simasında həqiqi müttəfiqlə uydurulmuş tarix arasında seçim etməlidir - Türkiyə PA
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Azərbaycana qayıtdı (FOTO)
Orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib
Güləşçimiz qitə birinciliyində bürünc medal uğrunda yarışacaq
Fransalı hüquqşünaslar Ağdamda səfərdədilər (FOTO)
Aqroparkların yaradılması ölkəmizin idxaldan asılılığını xeyli azaldır - Deputat
"Yeni Klinika" və Modul Tipli Xəstəxananın rəhbərlərinin həbs görüntüləri yayıldı (VİDEO)
AİB Azərbaycanda innovativ pilot layihə tətbiq edir
Müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlara yardım davam edir
Vaksinasiya prosesində nöqsanlara yol verən daha 2 nəfər işdən azad edildi (VİDEO)
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
Soros “demokratiyasının” iç üzü
Azərbaycanla Ermənistan arasındakı razılaşma yeni səhifə üçün vacib imkandır - Hulusi Akar
Azərbaycan təbii qaz ixracını üç dəfədən çox artırıb
İranda koronavirusdan gündəlik ölüm sayı sürətlə artır
Yollarda Qarabağa doğru istiqamət və məsafəni bildirən lövhələr quraşdırılır (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
213 kiloqramdan artıq heroinin sərhəddən keçirilməsinin qarşısı alındı (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - Faktiki hava
Yazlıq əkinləri və meyvə bağlarının bəyanı mayın 31-də başa çatacaq
Vaksinasiya noyabrdakı pik yoluxmanın təkrarlanmasının qarşısını aldı - TƏBİB rəsmisi (VİDEO)
Qarabağla bağlı üçtərəfli bəyanat insan haqlarının müdafiəsi istiqamətində vacib addımdır - Almaniya XİN
Azərbaycan Ermənistanın istənilən təhdidinə layiqli cavab verəcək - Deputat
Sərhəddə 122 kiloqram heroin saxlanılıb
Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törədib - DSX
Azərbaycan nefti bahalaşıb
Həkim məsləhəti olmadan antibiotik istifadəsi ağırlaşmaya səbəb ola bilər
Koronavirusu simptomsuz keçirən xəstələr həkim nəzarətində olmalıdır - Nazirlik
Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edildi
Ermənistanın hərbi cinayətləri davam edir - Səttar Möhbalıyev
"Aztelekom"a yeni təyinat olub
“Bank Respublika”nın kredit və depozit portfeli əhəmiyyətli dərəcədə artıb
Ermənilər Suqovuşan ərazisində daha çox plastik mina basdırıb - ANAMA (VİDEO)
Lukaşenko Rusiyaya səfər edib
Göyçayda narkotik alverçisi evlərdən oğurluq etdi (FOTO)
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib (FOTO)
Suqovuşan və Talışkəndə işıq çəkilişi üçün ərazi minalardan təmizlənir (FOTO)
Ağdamda mağazadan 20 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
ABŞ səfiri Rusiyanı tərk edib
“Göygöl-I” gil yatağı ilə bağlı hərrac keçirilib, qalib şirkət müəyyənləşib
Hövsan qəsəbəsində daha bir yol təmir olundu (FOTO)
Bitərəf deputatların MSK üzvlüyünə namizədləri müəyyən edilib (SİYAHI) (ƏLAVƏ OLUNUB)
Daha bir koronavirus xəstəxanasının rəhbəri həbs edildi
Baş Şirvan kollektoru qanunsuz balıq torlarından təmizlənib (FOTO)
Füzulidə Hava Limanının tikintisi sürətlə davam edir - Trend TV-nin REPORTAJI
Azərbaycanda xüsusi təyinatlı texnika üçün mühərrik yağı istehsal olunacaq
Azərbaycanla Serbiya arasında sosial təminat sahəsində əməkdaşlığa dair Saziş layihəsi hazırlanıb
Elmar Qasımov İtaliyanın “Maire Tecnimont” şirkətinin vitse-prezidenti ilə görüşüb (FOTO)
Türkiyəli mütəxəssislər AQTİ laboratoriyaları ilə əməkdaşlığa cəlb olunub
Ötən gün ölkədə 33 yanğın olub, 2 nəfərin meyiti aşkarlanıb
Yerevanda etirazçılar özlərini hökumət binasına qandalladı (VİDEO)
Bu gün bitərəf deputatlar MSK üzvlüyünə namizədləri müəyyənləşdirəcək
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Gədəbəy polisi reyd keçirdi, qayda pozan sürücülər cərimələndi
Bütün xəbərlər