...

Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2017 17:54 (UTC +04:00)
Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri olub.
Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri olub

Bakı. Azad Həsənli - Trend:

Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri olub.

Trend-in məlumatına görə, Zaur Fətizadə Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin, Natiq Şirinov Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru təyin olunub.

Həmçinin Zamin Rzayevə Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin, Zöhrab Ömərova isə Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru vəzifəsi həvalə olunub.

Bundan başqa, Qüdrət Seyfullayevə vergilər nazirinin müşaviri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti