...

Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat dəhlizi yaradacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2017 15:58
Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə beş ölkəni birləşdirən “Lyapis lazur” nəqliyyat dəhlizinin yaradılması barədə saziş imzalayıb
Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat dəhlizi yaradacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə beş ölkəni birləşdirən “Lyapis lazur” nəqliyyat dəhlizinin yaradılması barədə saziş imzalayıb.

Trend-in məlumatına görə, imzalama mərasimi Əfqanıstan üzrə VII İqtisadi əməkdaşlıq regional konfransı çərçivəsində baş tutub.

Bu dəhlizin Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Xəzər dənizi sahilindəki Türkmənbaşı limanı ilə birləşdirəcəyi nəzərdə tutulur. Daha sonra dəhliz Xəzər vasitəsilə Bakıya və Tbilisidən keçməklə Ankaraya, oradan isə İstanbula uzadılacaq. Gürcüstan ərazisində nəqliyyat dəhlizinin Poti və Batumiyə şaxələndirilməsi nəzərdə tutulur.

Layihənin dəyəri 2 milyard dollar həcmində qiymətləndirilir.

Nəqliyyat dəhlizi öz adını qədim dövrlərdə Mərkəzi Asiyanın başlıca ixrac məhsullarından olan lazurit mineralının rənginə uyğun götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti