...

Bank VTB-də (Azərbaycan) onlayn rejimdə depozit sifariş etmək mümkündür

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2017 20:26 (UTC +04:00)
Xidmət keyfiyyətini yüksəltmək məqsədi ilə bank VTB (Azərbaycan) korporativ sayt vasitəsi ilə depozit hesabının onlayn sifariş funksiyasını tətbiq edib.
Bank VTB-də (Azərbaycan) onlayn rejimdə depozit sifariş etmək mümkündür

Bakı. Trend:

Xidmət keyfiyyətini yüksəltmək məqsədi ilə bank VTB (Azərbaycan) korporativ sayt vasitəsi ilə depozit hesabının onlayn sifariş funksiyasını tətbiq edib.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni xidmət bütün tələb olunan sənədlərin hazırlanmasına ayrılan vaxta qənaət etməyə imkan verərək, əmanət hesabı açmaq istəyən müştərinin maksimal dərəcədə rahatlığını təmin edir.

Depozit hesabının açılmasını sifariş etmək üçün müştəriyə bankın www.vtb.az saytına daxil olaraq “Depozitin onlayn sifarişi” bölməsini seçib, açılan ərizəni doldurmaq kifayət edir. Sifarişi qəbul etdikdən sonra bankın əməkdaşı sifarişçi ilə əlaqə saxlayıb bankın ofisinə gəlib tələb olunan sənədləri imzalamaq üçün müştəriyə uyğun vaxt təyin edir. Bundan başqa, müştəri depozitin aylıq hesablanan faizlərini plastik kart vasitəsi ilə almaq istəyirsə, əlavə olaraq pulsuz plastik kart da onlayn rejimdə sifariş edə bilər. Beləliklə, banka gəldikdə, müştəri operativ şəkildə depozitini yerləşdirib, eləcə də depozit plastik kartı əldə edə bilər.

Xatırladaq ki, VTB (Azərbaycan) “Sərfəli”, “Universal” və “Sərbəst” depozitləri üzrə əlverişli şərtlər təklif edir. Seçilmiş depozitdən asılı olaraq maksimal faiz dərəcəsi 12% təşkil edir və hesabı manat, rubl və ya dollarda açmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti