...

BVF: Azərbaycan sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlər əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2017 23:11 (UTC +04:00)
Azərbaycan sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlər əldə edib.
BVF: Azərbaycan sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlər əldə edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlər əldə edib.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) işçi heyətinin 2017-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərşivəsində Azərbaycana səfərinin yekunlarına dair Fondun yaydığı məlumatda deyilir.

Missiya hökumətin struktur islahatları gündəliyinin icrasında əldə etdiyi nailiyyətləri təqdir edir. Qeyd olunur ki, ölkədə sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlər əldə edilib. Bunlara yeni işsizliyin sığortası fondunun yaradılması, pensiya islahatının həyata keçirilməsi və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçid daxildir.

BVF qeyd edir ki, bununla yanaşı, struktur islahatlarının davam etdirilməsi və həyata keçirilməsi çox zəruridir. Görülən tədbirlər tam və qətiyyətlə icra edilməzsə, onların təsiri də çox pərakəndə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti