...

Sosial təminatı və müdafiəni həyata keçirən icra hakimiyyəti orqanının büdcəsi haqqında qanun təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2017 15:29 (UTC +04:00)
Prezident İlham Əliyev "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
Sosial təminatı və müdafiəni həyata keçirən icra hakimiyyəti orqanının büdcəsi haqqında qanun təsdiq edilib

Bakı. Trend:

Prezident İlham Əliyev "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsinin gəlirləri 3 578 760 000,0 manat, xərcləri 3 578 760 000,0 manat məbləğində təsdiq edilir.

Müəyyən edilir ki, 2018-ci ildə müvafiq icra hakimiyyəti orqanının gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Gəlirlərin mənbələri

Məbləğ (manatla)

1.

Məcburi dövlət sosial sığorta haqları, cəmi

o cümlədən:

2 273 260 000,0

1.1.

büdcədən maliyyələşən təşkilatlar üzrə

738 100 000,0

1.2.

büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

100 600 000,0

1.3.

büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə daxilolmalar

26 300 000,0

1.4.

digər sığortaedənlər

o cümlədən:

1 408 260 000,0

sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə

60 000 000,0

2.

Sair gəlirlər, cəmi

o cümlədən:

5 500 000,0

Sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar

1 800 000,0

3.

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait

1 300 000 000,0

Müəyyən edilir ki, müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

Xərclərin istiqamətləri

Məbləğ (manatla)

1.

Əhaliyə ödənişlər üzrə xərclər

3 495 100 000,0

1.1.

əmək pensiyalarının ödənilməsi xərcləri

3 407 000 000,0

1.2.

məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri

88 100 000,0

1.2.1.

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə

23 300 000,0

1.2.2.

hamiləliyə və doğuşa görə

28 500 000,0

1.2.3.

uşağın anadan olmasına görə

7 200 000,0

1.2.4.

3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar

13 400 000,0

1.2.5.

dəfn üçün

15 700 000,0

2.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər

20 000 000,0

2.1.

sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların alınmasına

15 530 000,0

2.2.

sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə

340 000,0

2.3.

sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanılmasına

210 000,0

2.4.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (işçilərin əməkhaqqının ödənilməsi)

2 600 000,0

2.5.

Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına

1 320 000,0

3.

Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri

20 500 000,0

4.

Müvafiq icra hakimiyyəti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri

41 500 000,0

5.

Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri

60 000,0

5.1.

Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri

30 000,0

5.2.

Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri

30 000,0

6.

Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İnkişaf üçün Kredit Sazişi"nə əsasən "Pensiya və sosial təminat" layihəsi üzrə kreditin qaytarılması xərcləri

1 600 000,0

Müvafiq icra hakimiyyəti orqanının aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər müvafiq icra hakimiyyəti orqanının yerli orqanlarının xəzinə hesablarına tam məbləğdə daxil olmadıqda, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər azaldılır.

Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti