...

Azərbaycan Estoniyanın şərq bazarlarına çıxışına kömək edə bilər (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2018 08:01 (UTC +04:00)
Estoniya Azərbaycanı İran, Yaxın Şərq və Hindistan bazarlarına çıxış üçün potensial dəhliz qismində nəzərdən keçirir.
Azərbaycan Estoniyanın şərq bazarlarına çıxışına kömək edə bilər (ÖZƏL)

Bakı. Azad Həsənli - Trend:

Estoniya Azərbaycanı İran, Yaxın Şərq və Hindistan bazarlarına çıxış üçün potensial dəhliz qismində nəzərdən keçirir.

Bunu Trend-ə eksklüziv müsahibəsində Estoniya İqtisadiyyat və Kommunikasiya Nazirliyinin iqtisadi inkişaf üzrə vitse-kansleri Vilyar Lubi deyib.

Onun sözlərinə görə, Estoniyanın dəmir yolu şirkətləri və limanları Azərbaycanın dəmiryol qurumu və Bakı Beynəlxalq dəniz ticarət limanı ilə yaxşı münasibətlərə malikdir: "Hazırda Estoniya Skandinaviya, Yaxın Şərq və Mərkəzi Asiya arasında nəqliyyat dəhlizinin açılması üzərində işləyir. Bu kontekstdə Estoniya Bakı ilə Tehran arasında əməkdaşlığın inkişafını diqqətdə saxlayır".

Vitse-kansler vurğulayıb ki, Azərbaycan İran bazarına çıxışda çox vacib rol oynayır.

Qeyd edək ki, Azərbaycan və İran regionun digər ölkələri ilə birgə Şimali Avropanı Hindistan və Cənub-Şərqi Asiyanı birləşdirəcək "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üzərində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti