...

Bitkoin yenə bahalaşdı, amma əvvəlki qiymətə satıla bilmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2018 13:27 (UTC +04:00)
Kriptovalyuta bazarında qiymətlərin nisbi bahalaşması baş verib.
Bitkoin yenə bahalaşdı, amma əvvəlki qiymətə satıla bilmir

Bakı. Trend:

Kriptovalyuta bazarında qiymətlərin nisbi bahalaşması baş verib. Trend-in məlumatına görə, bununla belə, bitkoinin qiyməti 7 min dollardan aşağı qalmaqda davam edir.

Daha dəqiq desək, "CoinMarketCap" portalına istinadən bitkoinin qiyməti 0,31% bahalaşaraq 6,82 min dollar təşkil edib. Yəni, 8 min dollara çata bilmir.

Alternativ kriptovalyutaların qiymətində isə ucuzlaşma baş verib. Belə ki, "Ethereum" 0,11% və ya 378,75 dollaradək, "Ripple" 0,97% (0,493 dollara qədər), "Bitcoin Cash" isə 0,56% (643,2 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 257,2 milyard dollar təşkil edir. Bu göstəricinin 45%-ə yaxını bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti