...

Bitkoin 9 min dollar həddini keçdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2018 23:01 (UTC +04:00)
Dünyanın ən populyar kriptovalyutası olan bitkoin bahalaşmanı davam etdirib.
Bitkoin 9 min dollar həddini keçdi

Bakı. Trend:

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin bahalaşmanı davam etdirib.

Trend-in məlumatına görə, bitkoin bu gün 9 min dollar həddini keçib.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 4,42% bahalaşaraq 9,253 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də artım davam edir. Belə ki, "Ethereum" 7,54% və ya 680,52 dollaradək, "Ripple" 5,92% (0,92 dollara qədər), "Bitcoin Cash" isə 16,29% (1547,12dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 421,63,46 milyard dollar təşkil edir və bunun 37 faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti