...

Həmsədr: Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq enerji sektoru ilə məhdudlaşmamalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2018 17:38 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq enerji sektoru ilə məhdudlaşmamalıdır.
Həmsədr: Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq enerji sektoru ilə məhdudlaşmamalıdır

Bakı. Ənvər Məmmədov - Trend:

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq enerji sektoru ilə məhdudlaşmamalıdır.

Trend-in məlumatına görə, bunu Bakıda Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 15-ci iclasında komitənin həmsədri Səyyad Kərim deyib.

S.Kərim qeyd edib ki, Azərbaycan Avropa və Asiya arasında iri nəqliyyat qovşağına çevrilməsi üçün böyük potensiala malikdir:

“Aİ ilə Azərbaycan arasında iri layihələr təkcə energetika layihələri ilə məhdudlaşmır. Azərbaycan Avropa üçün nəqliyyat və logistika sahəsində tərəfdaş olmaqda çox maraqlıdır. Azərbaycanın Avropa və Asiya arasında iri nəqliyyat qovşağına çevrilməsi üçün böyük potensialı var və Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsi bu potensialı reallığa çevirdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti